Azərbaycanda İlk dəfə Beynəlxalq Kitab Günü ərəfəsində
22 aprel, saat 19:00-da Nizami Kino Mərkəzində

İlk Buktreyler Festivalının qalibləri elan edildi:

I YER - Elçin QULİYEV, Buktreyler: “İkimizin melodiyası”, Ercan AKARSU (2015)

II YER - Natiq AXUNDOV, Buktreyler: “Hüdudsuz”, Nik VUYÇİÇ (2016)

II YER - Fərid RƏSULOV, Buktreyler: “Aztagrambook”, Sayalı Bahar (2015)

III YER - Elçin ELXANLI, Buktreyler: “Ölü mətn”, Orxan FİKRƏTOĞLU (2013)

III YER - Asif ƏLİYEV, Buktreyler: “Prezidentin qızı”, Vüsal NURU (2015)

III YER - Elmin ƏLİYEV, Buktreyler: “Əzilmiş fotoşəkillər”, Varis YOLÇUYEV (2012)

TAMAŞAÇI SİMPATİYASI - Sabina QULİYEVA, Buktreyler: “Ruhuna vuruldum”, Mark Levi (2014)



Festivalın qalibləri Diplom və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ayrılmış pul mükafatları ilə təltif olunacaqlar:


I yer - 1.000 AZN

II yer - 800 AZN

III yer - 500 AZN










Festivalın məqsədləri:

  • kitab və mütaliənin cəmiyyətimizdə təbliği;
  • mütaliəyə münasibətin yaradıcı formaların inkişafı və dəstəklənməsi;
  • kino sahəsində istedadlı və yaradıcı gənclərin (rejissor, operator, rəssam, aktyor, qrimçi və s.) üzə çıxarılması;
  • buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafı.

Festivalda iştirak şərtləri aşağıdakılardır:

  • Festivalda milliyətindən, vətəndaşlığından və yaşından asılı olmayaraq arzu edən hər kəs iştirak edə bilər;
  • Festivalda çap şəklində nəşrdən çıxmış (nəşr ili və yerindən asılı olmayaraq) bir kitabdan və ya kitab seriyasından bəhs edən Buktreylerlər iştirak edir;
  • Festivala bir iştirakçı tərəfindən təqdim olunan Buktreylerlərin sayına məhdudiyyət qoyulmur;
  • Festivala təqdim edilmiş Buktreylerin öz müəllif işi olmasına və kimsənin müəllif hüquqlarının pozulmamasına iştirakçı zəmanət verir. Əks halda, kimsənin müəllif hüquqlarının pozulmasına görə məsuliyyəti iştirakçı daşıyır;
  • Buktreylerlərdə Qanunvericiliyə zidd olan; dini, irqi və milli ayrıseçkiliyi təbliğ edən; senzuradan kənar ifadələri, pornoqrafik materialları əks etdirən məzmun qadağandır;
  • təqdim edilmiş Buktreylerlər Münsiflər tərəfindən təhlil edilmir və geri qaytarılmır;
  • iştirakçıların Buktreylerləri müəllifdən icazə alınmadan və buna görə heç bir ödəniş edilmədən Festivalın təbliği məqsədilə istifadə edilə bilər, eləcə də Festivalın rəsmi saytında və internet resurslarda (saytlar, KİV, sosial şəbəkələr, YouTube və s.) yerləşdirilə bilər.

Buktreylerlər aşağıdakı tələblərə cavab verməlidir:

  • xronometrajı: 4 dəqiqəyədək;
  • formatı: mpeg4, mpeg, mpg, avi, wmv;
  • minimal ölçüsü: 1080p Full HD (1920x1080);
  • media forması: oyun (aktyorların iştirakı ilə), qeyri-oyun (aktyorların iştirakı olmadan), animasiya (çizgi filmi);
  • əvvəldə Festivalın və dəstəkçilərin loqoları (yüklə: .mov, .mp4) yerləşdirilməlidir;
  • sonda Buktreylerin aid olduğu kitabın fotosu və Festivalın saytının ünvanı (yüklə: .mov, .mp4) yerləşdirilməlidir;
  • Festivalın təşkilinə aidiyyatı olmayan brendlər, markalar, ticari nişanlar, eləcə də kommersiya təşkilatları və sponsorlar barədə məlumat əks etdirilməməlidir.

  • * – İştirak şərtlərinə uyğun gəlməyən və tələblərə cavab verməyən Buktreylerlər Festivalda iştiraka buraxılmır.
  • ** – Buktreylerlər İştirak Ərizəsi və müəllifin şəxsiyyətini təsdiq edən sənədin surəti əlavə olunmaqla təqdim edilməlidir.
  • *** – Son müraciət tarixi: 10 Aprel, 2016

Əlavə məlumat üçün: festival2016@booktrailer.az

MÜNSİFLƏR HEYƏTİ

ONLARI ÖZ BUKTREYLERİNİZLƏ TƏƏCCÜBLƏNDİRİN!

Kino və kitab dünyasının tanınmışları səbirsizliklə sizin buktreylerlərinizi gözləyirlər.


ÇİNGİZ ABDULLAYEV

Azərbaycan detektiv yazıçısı, nasir, publisist. Hüquq elmləri doktoru. Azərbaycan Yazıçılar Birliyinin üzvü, PEN-klubun sədridir. "Prezident ovu", "Əclafların kredosu", "Uğursuzun hekayəti", "Qaniçənlər aynası", "Məhşər ayağında", "Qazanılmış cəhənnəm" və s. əsərlərin müəllifidir. Azərbaycanın ədəbi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif edilib.

RAMİZ FƏTƏLİYEV

Ssenarist, rejissor, kino redaktoru. Azərbaycan Respublikası Əməkdar İncəsənət Xadimi, Respublika Dövlət mükafatı laureatıdır. Moskvada Ali rejissorluq və ssenaristlər kursunu bitirmişdir. SSRİ-nin bir sıra kinostudiyalarında ssenariləri çəkilib.

ELXAN CƏFƏROV

Aktyor, kinorejissor. Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya institutunun aktyorluq fakultəsinin məzunudur. "Yenə o bağ olaydı", "Qarabağdır Azərbaycan", "Əlavə təsir", "Dolu", "Yarımçıq xatirələr" və s. filmlərin rejissorudur. 2015-ci ildə "Dolu" filminə görə "Ən yaxşı rejissor işi" nominasiyasında "Qızıl Pəri" mükafatına layiq görülmüşdür.


ÜLVİYYƏ KÖNÜL

Rejissor, klipmeyker. Space TV və Lider TV-də rejissor kimi çalışmışdır. "Beşmərtəbəli evin altıncı mərtəbəsi", "Vəkil hanı?" və "Həddindən artıq təsadüf" filmlərinin rejissorudur. Bir sıra tədbir və kliplərin, görkəmli alim Yusif Məmmədəliyevin 100 və dahi bəstəkar Qara Qarayevin 90 illiyinə həsr edilmiş konsertlərin rejissorudur. 2000-ci ildə "Dəşti" klipinə görə "Humay" mükafatına layiq görülmüşdür.

NADİR MEHDİYEV

Kinooperator. Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsinin məzunudur. "Əlavə təsir", "Dolu", "Yarımçıq xatirələr" və s. filmlərin operatorudur. 2015-ci ildə "Dolu" filminə görə "Ən yaxşı operator işi" nominasiyasında "Qızıl Pəri" mükafatına layiq görülmüşdür.

RUSLAN SABİRLY

Kinoaktyor, musiqi müəllifi. İlk Bukteyler Festivalının təsisçisidir. Almaniyada aktyorluq və rejissorluq kursunu bitirmişdir. "Xəyanət", "Əsl Sevgi", "Sürücü", "Muradına çatan Günəş", "Sənə inanıram" seriallarında baş rolları canlandırıb. Qafqazda Facebook və Odnoklassniki sosial şəbəkələrində profili təsdiqlənmiş ilk tanınmış insandır.

Facebookda bizi izləyin:

"Mesajlar" bölməsindən bizimlə əlaqə saxlaya bilərsiniz

BUKTREYLERLƏR:

Təqdim edir:

© Ruslan Sabirly


Təşkilati dəstək:


İnformasiya dəstəyi: