Beşinci Buktreyler Festivalının qaliblərini təbrik edirik:

I YER - Rəşad HÜSEYNOV, Buktreyler: “7-ci mərtəbə”, Elxan Elatlı (2011)

II YER - Ağaməli ƏLİYEV, Buktreyler: “Pinqvinlər uçur, Mari”, Fəridə Məmmədova (2015)

II YER - Orxan ADIGÖZƏLOV, Buktreyler: “Ölsəm, bağışlar”, Ramiz Rövşən (2006)

III YER - Kərim RƏHİMOV, Buktreyler: “Erməni zindanında 8 gün”, Dürdanə Ağayeva (2091)

III YER - Mürsəl QAFAROV, Buktreyler: “Difai fədailəri”, Sabir Rüstəmxanlı (2012)

III YER - Masər HƏSƏNOV, Buktreyler: “Deja Vu”, Natiq Rəsulzadə (1999)

IV BUKTREYLER FESTİVALI
Qala Gecə

   

V BUKTREYLER FESTİVALI
Süjet və verilişlər

BUKTREYLER VƏ MOBİL BUKTREYLER

   

MƏŞHURLAR SİZİ İŞTİRAKA SƏSLƏYİR

MÜKAFATLAR


Mədəniyyət Nazirliyi tərəfindən:

I yer - 1.000 AZN

II yer (2 nəfər) - 800 AZN

III yer (3 nəfər) - 500 AZN











Festivalın məqsədləri:

  • kitab və mütaliənin cəmiyyətimizdə təbliği;
  • mütaliəyə münasibətin yaradıcı formaların inkişafı və dəstəklənməsi;
  • kino sahəsində istedadlı və yaradıcı gənclərin (rejissor, operator, rəssam, aktyor, qrimçi və s.) üzə çıxarılması;
  • buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafı.

Sevdiyiniz kitabın buktreylerini çəkin və qalib olun:

Festivalda iştirak şərtləri aşağıdakılardır:

  • Festivalda yaşından asılı olmayaraq arzu edən hər kəs iştirak edə bilər;
  • Festivalda çap şəklində nəşrdən çıxmış (nəşr ilindən asılı olmayaraq) Azərbaycanlı müəllifin kitabından və ya kitab seriyasından bəhs edən Buktreylerlər iştirak edir;
  • Festivala bir iştirakçı tərəfindən təqdim olunan Buktreylerlərin sayına məhdudiyyət qoyulmur;
  • Festivala təqdim edilmiş Buktreylerin öz müəllif işi olmasına və kimsənin müəllif hüquqlarının pozulmamasına iştirakçı zəmanət verir. Əks halda, kimsənin müəllif hüquqlarının pozulmasına görə məsuliyyəti iştirakçı daşıyır;
  • Buktreylerlərdə Qanunvericiliyə zidd olan; siyasi, dini, irqi və milli ayrıseçkiliyi təbliğ edən; senzuradan kənar ifadələri, pornoqrafik materialları və siqaret əks etdirən məzmun qadağandır;
  • təqdim edilmiş Buktreylerlər Münsiflər tərəfindən təhlil edilmir və geri qaytarılmır;
  • iştirakçıların Buktreylerləri müəllifdən icazə alınmadan və buna görə heç bir ödəniş edilmədən Festivalın təbliği məqsədilə istifadə edilə bilər, eləcə də Festivalın rəsmi saytında və internet resurslarda (saytlar, KİV, sosial şəbəkələr, YouTube və s.) yerləşdirilə bilər.

Buktreylerlər aşağıdakı tələblərə cavab verməlidir:

  • xronometrajı: max. 3 dəqiqəyədək;
  • formatı: mov, mp4, mpeg, mpg, avi, wmv;
  • minimal ölçüsü: 1080p Full HD (1920x1080);
  • media forması: oyun (aktyorların iştirakı ilə), qeyri-oyun (aktyorların iştirakı olmadan), animasiya (çizgi filmi);
  • əvvəldə Festivalın və dəstəkçilərin loqoları (yüklə: .mp4) yerləşdirilməlidir;
  • sonda Buktreylerin aid olduğu kitabın fotosu və Festivalın saytının ünvanı (yüklə: .mp4) yerləşdirilməlidir;
  • Festivalın təşkilinə aidiyyatı olmayan brendlər, markalar, ticari nişanlar, eləcə də kommersiya təşkilatları və sponsorlar barədə məlumat əks etdirilməməlidir.

  • * – İştirak şərtlərinə uyğun gəlməyən və tələblərə cavab verməyən Buktreylerlər Festivalda iştiraka buraxılmır.
  • ** – Buktreylerlər burada qeydiyyatdan keçirilməlidir, müəllifin Şəxsiyyət Vəsiqəsinin və Dövlət Sosial Sığorta Şəhadətnaməsinin surəti təqdim edilməlidir.
  • *** – Son müraciət tarixi: 1 Aprel, 2020

Əlavə məlumat üçün: festival2020@booktrailer.az

MÜNSİFLƏR HEYƏTİ

ONLARI ÖZ BUKTREYLERİNİZLƏ TƏƏCCÜBLƏNDİRİN!

Kitab və kinomatoqrafiya dünyasının tanınmışları səbirsizliklə sizin buktreylerlərinizi gözləyirlər.


RƏŞAD MƏCİD

Yazıçı, ssenarist, rejissor, jurnalist, Azərbaycanın Əməkdar mədəniyyət işçisi. Əsərləri İran, Türkiyə, Bolqarıstan, İsveç və bir çox dünya ölkələrində çap olunub. Müxtəlif dövrlərdə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının, Dövlət kino komitəsinin, AzərTelefilmin, "Günay" qəzetinin baş redaktoru işləyib. Azərbaycan Jurnalistlər Birliyinin Həsən bəy Zərdabi adına mükafatına, Azərbaycan Xalq Cumhurriyyətinin 100 illiyi medalıNA layiq görülmüşdür.

XALİDƏ QURBANOVA

Kino aktrisası, Azərbaycan Respublikasının xalq artisti (2019).

İLHAMİYYƏ RZAYEVA

Tanınmış jurnalist, televiziya aparıcısı, prodüser, rejissor. "Gündəlik Azərbaycan", "525", "Azadlıq", "Bizim Yol", "Zerkalo" qəzetlərində məqalələri dərc olunub. 100-dən artıq məqalə müəllifidir. Azərbaycan Media Mərkəzi İdarə Heyətinin Sədridir. Həsən bəy Zərdabi adına Jurnalistika Milli Mükafatına layiq görülmüşdür. Bir çox nüfuzlu jurnalistika müsabiqələrinin münsiflər heyətinin üzvüdür.


QURBAN MƏSİMOV

Aktyoru, rejissor və rəssam, Azərbaycan Respublikasının əməkdar artisti. 2013-cü ildən Azərbaycan Dövlət Kukla Teatrının baş rejissorudur.

RUSLAN SABİRLİ

Kinoaktyor, prodüser, kinorejissor. Azərbaycan Bukteyler Festivalının təsisçisidir. Almaniyada aktyorluq və rejissorluq kursunu bitirmişdir. "Xəyanət", "Əsl Sevgi", "Sürücü", "Muradına çatan Günəş", "Sənə inanıram" seriallarında baş rolları canlandırıb. Qafqazda Facebook və Odnoklassniki sosial şəbəkələrində profili təsdiqlənmiş ilk tanınmış insandır.

-->

Facebookda mesaj göndər:

Facebookda bizi izləməyi unutma.


V FESTİVALDA İŞTİRAK EDƏN BUKTREYLERLƏR:

Təqdim edir:


Tərəfdaşlar:


Texniki tərəfdaş:


İnformasiya dəstəyi: